Avropa çempionatı: İngiltərə meydan sahibi ilə bacarmadı
İsveçdə 21 yaşadək futbolçuların Avropa çempionatı start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə "A" qrupunun komandaları meydana çıxıb.
Açılış matçında təşkilatçı İsveç İngiltərə ilə üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib - 0:0.
Digər oyunda Slovakiya Polşadan üstün olub - 2:1.
16 iyun 2017
U-21 Avropa çempionatı
"A" qrupu, 1-ci tur
İsveç - İngiltərə - 0:0
Polşa - Slovakiya - 1:2
QOLLAR: Lipski, 1 (1:0); Valyent, 20 (1:1); Şafranko, 78 (1:2)
Standings provided by Sofascore LiveScore