Avropa çempionatının vaxtı bilindi

Polşanın Poznan şəhərində koronavirus pandemiyasına görə təxirə salınan akademik avarçəkmə üzrə Avropa çempionatının vaxtı müəyyənləşib. 

Sportline.az Beynəlxalq Avarçəkmə Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış 9 - 11 oktyabrda keçiriləcək. 

Qeyd edək ki, Azərbaycan idmançılarının da iştirakı planlaşdırılan Avropa çempionatının 5 - 7 iyunda keçirilməsi nəzərdə tutulmuşdu.