Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Türkiyənin "Beşiktaş" və "Trabzonspor" klubları ilk matçlarına çıxıb.

Sportline.az xəbər verir ki, "Beşiktaş" doğma meydanda "Kauno Jalgiris"ə 3:0 hesabı ilə qalib gəlib. Trabzon təmsilçisi isə evdə 0:1 hesabı ilə uduzub.

20 avqust

Avropa Liqasının pley-off mərhələsi, ilk oyunlar

"Beşiktaş" (Türkiyə) - "Kauno Jalgiris" (Litva) - 3:0

Qollar: Oh Hyeon-Gyu, 6, M.Murillo, 12, O.Kökçü, 59-pen.

"Trabzonspor" (Türkiyə) - "Ferentsvaroş" (Macarıstan) - 0:1

Qol: K. Zaxariassen, 17

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşmaları avqustun 27-də keçiriləcək.