Avropa Liqası: "Neftçi" HİK-lə bacarmadı
Azərbaycan çempionu “Neftçi” bu gün Avropa Liqasında mübarizəyə başlayır.
Sportline.az xəbər verir ki, paytaxt klubu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində HJK ilə ilk matçına çıxacaq.
Finlandiyalılarla ilk görüş Bakıda olacaq.
Xatırladaq ki, “Nefti” ÇL-in ilk mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olsa da, sonrakı mərhələdə Yunanıstan “Olimpiakos”u ilə bacarmamışdı. HJK isə startda “Buduçnost” üzərində qələbə qazandığı halda, növbəti mərhələdə İsveç “Malmö”sünə uduzub.
Rəqiblər bir həftə sonra Helsinkidə görüşəcəklər.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
3 avqust
21:00. Neftçi – HJK 2:2
Qol: Sabir Buqrin, 59. Emin Mahmudov, 80 - Roope Riski, 61. Jair, 65.
Baş hakim: Uilyam Kollum (Şotlandiya).
Bakı. “Bakcell Arena”.