Avropa Liqası: "Neftçi"nin hər iki oyununun başlama saatı bəlli olub

"Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK komandasına qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

Sportline.az xəbər verir ki, avqustun 3-də "Bakcell Arena"dakı matç saat 21:00-da start götürəcək.

Avqustun 12-də Helsinkidə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasının II təsnifat mərhələsinin hər iki oyununda Yunanıstan "Olimpiakos"una 0:1 hesabı ilə uduzub.