Avropa Liqası: "Srvena Zvezda"dan darmadağın
Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Srvena Zvezda" doğma meydanda ÇFR-i qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
23:00. "Srvena Zvezda" (Serbiya) - ÇFR (Rumıniya) - 4:0
Qollar: Milan Pavkov, 5, Aleksandar Katai, 38, Əl-Fərdu ben Nabuan, 68, Mirko İvaniç, 77
Qeyd edək ki, pley-off mərhələsinin cavab matçları 18-19 avqustda oynanılacaq.