Avropa Liqasında qrupun püşkü atılır

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, püşk nəticəsində 32 komanda 8 qrupa bölünəcək. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya”nın da qrupdakı rəqiblərini bəlli olacaq.

Qardaş Türkiyənin "Qalatasaray” və “Fənərbaxça” klubları da rəqiblərini tanıyacaq.

1-ci səbət

"Lion" (Fransa)
"Napoli" (İtaliya)
"Bayer" (Almaniya)
"Dinamo" (Xorvatiya)
"Latsio" (İtaliya)
"Olimpiakos" (Yunanıstan)
"Monako" (Fransa)
"Braqa" (Portuqaliya)

2-ci səbət

"Seltik" (Şotlandiya)
"Ayntraxt" (Almaniya)
"Srvena Zvezda" (Serbiya)
"Lester" (İngiltərə)
"Reyncers" (Şotlandiya)
"Lokomotiv" (Rusiya)
"Genk" (Belçika)
PSV (Niderland)

3-cü səbət

"Marsel" (Fransa)
"Lüdoqorets" (Bolqarıstan)
"Vest Hem" (İngiltərə)
"Real Sosyedad" (İspaniya)
"Betis" (İspaniya)
"Fənərbaxça" (Türkiyə)
"Spartak" (Rusiya)
"Sparta" (Çexiya)

4-cü səbət

"Rapid" (Avstriya)
"Qalatasaray" (Türkiyə)
"Legiya" (Polşa)
"Midtülland" (Danimarka)
"Ferentsvaroş" (Macarıstan)
"Antverpen" (Belçika)
"Şturm" (Avstriya)
"Bröndbü" (Danimarka)

Qeyd edək ki, qrup mərhələsi sentyabrın 16-da başlayacaq.