Avropa nəhəngləri Kenan Yıldız üçün yarışa girib
"Yuventus"un ulduzu Kenan Yıldız Avropa nəhənglərinin transfer hədəfindədir.
Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Arsenal", "Mançester Yunayted", "Çelsi" və "Barselona" 20 yaşlı sol cinah vingerini transfer etmək istəyir.
Lakin İtaliya klubu Kenanı satmaq niyyətində deyil.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm meydana çıxdığı 12 matçda 5 qol, 6 asistlə yadda qalıb.