Avropada Türk derbisi

Avroliqanın 32-ci həftəsi Türkiyə derbisinə səhnə olacaq.

Sportline.az xəbər verir ki, qitə miqyaslı basketbol turnirinin 32-ci həftəsində “Fənərbağça” “Anadolu Efes”lə üz üzə gələcək.

“Fənərbağça” 32 turdan sonra 20 qələbə 12 məğlubiyyət ilə 5-ci pillədə qərarlaşır.

10-cu sırada yer alan “Anadolu Efes”in 15 qələbə, 17 məğlubiyyəti var.

Avroliqada ilk 6 pilləni tutan komandalar birbaşa son 8-ə vəsiqə qazanacaqlar.

Digər 2 komanda isə 7, 8, 9, 10-cu pillələri tutan komandalar arasında görüşdən sonra məlum olacaq.

Qeyd edək ki, “Fənərbağça” - “Anadolu Efes” oyunu aprelin 5-də saat 21:45-də start götürəcək.