“Avropanın ən güclü komandalarından biriyik”

"Benfika" "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyib. 

Sportline.az xəbər verir ki, bunu Portuqaliya klubunun baş məşqçisi Brunu Laje mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb:

"Hücumda çox yaxşıyıq. Avropanın ən güclü komandalarından biriyik. Ötənilki çıxışımızı təkrarlamağı planlaşdırırıq. 3 xal qazanmağı hədəfləyirik. Azarkeşlər maraqlı qarşılaşmaya şahidlik edəcəklər. Yaxşı oynamalıyıq, Avropada uğurlu nəticələrə ümid edirik. Qarşıda çox matç var. Müdafiədən oyun qurmağa üstünlük verəcəyik".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.