Ayağını qırdığı futbolçunu ziyarət etdi
Sabah"ın futbolçusu Pavol Şafranko təqdirəlayiq addım atıb.
Sportline.az xəbər verir ki, o, "Turan Tovuz"un əməliyyat olunan müdafiəçisi Denis Marandiçini ziyarət edib.
Slovakiyalı hücumçu moldovalı futbolçuya müalicə aldığı xəstəxanada baş çəkib.
Qeyd edək ki, Marandiçi "Turan Tovuz" - "Sabah" matçında (2:2, pen. 1:3) zədələnib. Şafranko ilə toqquşmadan sonra onun ayağı sınıb.