Ayub Buaddi “Lill”də qalacaq
Fransanın “Lill” komandası gənc yarımmüdafiəçisi Ayub Buaddi ilə müqaviləni uzadıb.
Sportline.az xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb. Yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədər müəyyən edilib.
18 yaşlı oyunçunun adı daha əvvəl “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və “Real” kimi nüfuzlu klublarla hallanırdı.