AZAL – “Qəbələ” oyununun hakimi I diviziona göndərildi
I divizionda X turun təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, Hakimlər Komitəsi bu dəfə də Topaz Premyer Liqasının bəzi hakimlərini aşağı dəstəyə göndərib.
FİFA referilərindən ikisi I divizionda iş başında olacaq. Rəhim Həsənov “Zaqatala” – “Energetik”, Orxan Məmmədov “Mil-Muğan” – MOİK qarşılaşmasını idarə edəcək.
Topaz Premyer Liqasının son turunda idarəçiliyi müzakirə mövzusu olan İnqilab Məmmədov da I divizionda fit çalacaq. AZAL – “Qəbələ” matçındakı işi tam qənaətbəxş sayılmayan referi “Şahdağ” – “Ağsu” matçına təyinat alıb.
X tur
8 noyabr (çərşənbə axşamı)
14:00. “Turan Tovuz” – “Şərurspor”
Hakimlər: Ziya Nəsirov, Yaşar Abbasov, İsgəndər Əliyev, Elgün Hüseynov
Hakim-inspektor: Samir Kərəmov
Tovuz şəhər stadionu
14:00. “Şahdağ” – “Ağsu”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Cavanşir Yusifov, Hacıəli Ağayev
Hakim-inspektor: Rüfət Əliyev
Şövkət Orduxanov adına Qusar şəhər stadionu
14:00. “Rəvan” – “Səbail”
Hakimlər: Ramil Əhmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Elxan Müslümov
Hakim-inspektor: Əlibala Ələsgərov
“Bayıl Arena”
“Zaqatala” – “Energetik”
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Namiq Qasımov
Zaqatala şəhər stadionu
13:00. “Bakılı” – “Qaradağ Lökbatan”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Elçin Əsədov, Vüsal Əliyev
Hakim-inspektor: Erkin Hüseynov
“İnter Arena”, 4-cü meydança
9 noyabr (çərşənbə)
14:00. “Şəmkir” – “Göyəzən”
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Hakim-inspektor: Əvəz Şıxıyev
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
14:00. “Mil-Muğan” – MOİK
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Azər Əsgərov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Sabir Mütəllimov
Heydər Əliyev adına İmişli şəhər stadionu