AZAL rəsmisini vuran futbolçu bir il müddətinə futboldan kənarlaşdırıldı

AFFA İntizam Komitəsi U-17 Liqasının “İnter” – AZAL matçında yaşanan xoşagəlməz hadisə ilə bağlı qərar qəbul edib. SportLine.az xəbər verir ki, "İnter"in futbolçusu Riad Abbaszadə 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb. “İnter”ə isə daxili nizam-intizam qaydalarına əməl  edilməsi ilə bağlı xəbərdarlıq olunub.

Qeyd edək ki, “bankirlər”in yeniyetmə futbolçusu Riad Abbaszadə ilə rəqib komandanın rəsmisi arasında yaşanan münaqişədə futbolçu AZAL nümayəndəsini vurub.

Banner