Azarkeşə təpik atan futbolçu komandadan kənarlaşdırıldı

Fransanın "Marsel" klubu Patris Evranı komandadan kənarlaşdırıb. SportLine.az "BBC Sport"a istinadən xəbər verir ki, buna futbolçunun Avropa Liqasının 4-cü turu çərçivəsində keçirilən "Gimaraynş"a qarşı görüşdəki hərəkəti səbəb olub.

Oyundan əvvəl azarkeşə təpik atan P.Evranı UEFA-nın da cəzası gözləyir. Noyabrın 10-da İntizam Komitəsi tərəfindən açıqlanacaq qərarda futbolçunun ən azı 5 oyunluq kənarlaşdırılıcağı ehtimal olunur.