Azarkeşə təpik atdı, oyun başlamamış qırmızı aldı

UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində keçirilən "Gimaraynş" - "Marsel" matçından öncə insident yaşanıb. SportLine.az xəbər verir ki, Fransa klubunun futbolçusu Patris Evra oyundan öncə onu təhqir edən azarkeşə yaxınlaşaraq ona təpik atıb. Bu hərəkətinə görə futbolçu qırmızı vərəqə ilə meydandan qovulub. 

Beləliklə, "Marsel" oyuna 6 ehtiyat oyunçu ilə başlamalı olub.

P.Evra Avropa Liqası tarixində oyun başlamamış "qırmızı" ilə cəzalanan ilk futbolçu kimi yadda qalacaq.