Azarkeşlərdən Donnarummaya ultimatum

PSJ-nin italiyalı qapıçısı Canluici Donnarumma (Gianluigi Donnarumma) "Milan" azarkeşlərinin sərt tənqidinə tuş gəlib.

Sportline.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb.

Avqustun 29-u "Milan" - "Kalyari" oyunu öncəsi azarkeşlər stadionun yanında üzərində "Satqınları unutmuruq. "Milan"a qayıdanda ehtiyalı ol.!" və "Donnarumma, nankor axmaq. Sən Leonardodan daha pissən." yazılmış pankar açıblar. 

Qeyd edək ki, ötən mövsüm Donnarumma "Milan"da 48 oyun keçirib və 15 oyun qapısının toxunulmazlığını qoruya bilib.