Azarkeşlərimiz Almaniyada problemlə üzləşiblər
Sabah keçiriləcək Almaniya-Azərbaycan matçında komandamızı tribunadan dəstəkləyəcək azarkeşlərimiz problemlə üzləşiblər. Bu haqda Sportline.az saytına "Milli dəstə" azarkeş qrupunun rəhbəri Şamil Mustafayev məlumat verib: " Norveçlə oyunda olduğu kimi Almaniya tərəfi də xoreoqrafiya məsələsində bizə çətinlik yaradır. İlkin danışıqlardan sonra hələ ki müsbət cavab almamışıq. Onlara söz verdik ki, pirotexnik vasitələrdən istifadə etməyəcəyik. 81 kvadrat metrlik xoreoqrafiyanı nümayiş etdirməkdə isə israrlıyıq. Bu günkü danışıqların müsbət nəticələnəcəyinə ümidliyik". Qeyd edək ki, sabah Kayzerslautern şəhərinin "Valter Frits" arenasında keçiriləcək matçda 400-ə yaxın soydaşımızın millini dəstəkləyəcəyi gözlənilir.