Azər Bağırov: “Bilirdik ki, "Karvan-Yevlax" daha istəkli futbol nümayiş etdirəcək“

Rəqib komandanın azarkeşləri önündə oynamaq çətindir.

Sportline.az xəbər verir ki, bunu "Kəpəz" klubunun baş məşqçisi Azər Bağırov mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının XII turunda səfərdə "Karvan-Yevlax"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb:

"Yevlaxı böyük futbolun qayıtması münasibəti ilə təbrik edirəm. Qələbimizi hər iki valideynini itirən Nilaya həsr edirik. Bir neçə gün əvvəl ad günü idi. Oyuna gəlincə, bizim üçün çox çətin oldu. Bilirdik ki, "Karvan-Yevlax" daha istəkli futbol nümayiş etdirəcək. Səfərdə azarkeşlərin önündə oynamağın nə qədər çətin olduğunu da gördük. Buna görə onlara xüsusi təşəkkür düşür. Maraqlı oyun oldu. Çoxlu qol epizodlarımız oldu. Təəssüf ki, imkanları reallaşdırmaqla bağlı bir qədər problemlərimiz var".