Azərbaycan avarçəkənləri “Samsun Draqon Festivalı”nda bir qızıl, bir gümüş medal qazanıblar

Azərbaycan avarçəkənləri Türkiyədə keçirilən “Samsun Draqon Festivalı”nda bir qızıl, bir gümüş medal qazanıblar.

Bu barədə Sportline.az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib.

İlk gündə 200 metr məsafəyə mübarizədə Azərbaycan komandası bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Son yarış günündə isə avarçəkənlərimiz 1000 metr məsafə üzrə yarışda gümüş medal qazanıblar.