Azərbaycan Basketbol Liqası: "Xırdalan" ikinci dövrəyə qələbə ilə başladı

Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.

Sportline.az xəbər verir ki, "Xırdalan" klubu səfərdə "Şəki" ilə qarşılaşıb.

İkinci dövrənin matçı qonaqların 107:92 hesablı qələbəsi ilə bitib. Ən məhsuldar basketbolçular "Şəki"dən Dayron Kinq (24 xal, 6 ribaund), "Xırdalan"dan isə Teyvion Körk (29 xal, 6 asist) olublar.

Qeyd edək ki, 10-cu turun son oyunu bu gün saat 18:00 -da "Gəncə" və "Sabah" klubları arasında reallaşacaq.