Azərbaycan Basketbol Liqasında çıxış edən klublar yoxlama oyununda üz-üzə gəliblər

Azərbaycan Basketbol Liqasında çıxış edən "Abşeron" və "Sərhədçi" kollektivləri yoxlama oyunu keçiriblər.

Sportline.az xəbər verir ki, qarşılaşma birincilərin 75:73 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüş "Sərhədçi" İdman Mərkəzində baş tutub.