Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, NTD klubu "Neftçi" ilə üz-üzə gələcək.

Qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, turun ilk matçında "Naxçıvan" "Sərhədçi"ni məğlub edib - 83:66. Digər dörd görüş noyabrın 2-3-də gerçəkləşəcək.