Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu arxada qalıb

Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu arxada qalıb.

Sportline.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən görüşdə "Sərhədçi" "Abşeron"la qarşılaşıb.

Matç birincilərin 79:70 hesabı ilə birincilərin xeyrinə başa çatıb.

Günün ilk qarşılaşmasında "Ordu" "Şəki"yə 104:84 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, II tura sabah baş tutacaq iki oyunla yekun vurulacaq.