Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu baş tutacaq

Azərbaycan Basketbol Liqasının VI turunda bu gün daha bir oyun keçiriləcək.

Sportline.az xəbər verir ki, günün yeganə matçında "Abşeron" NTD ilə üz-üzə gələcək.

Qarşılaşma saat 15:00-da start götürəcək.

"Abşeron" A qrupunda 7 xalla 4-cü, NTD 6 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81) məğlub edib. VI tura dekabrın 14-də iki görüşlə yekun vurulacaq.