Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulur
Azərbaycan Basketbol Liqasında VIII tura bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.
"Gəncə" doğma meydanda "Ordu"nu qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 13 xalla liderdir, qonaqlar 11 xalla üçüncü pillədə qərarlaşıb.
Tur Sumqayıtda başa çatacaq. Şəhərin eyniadlı komandası "Şəki" ilə üz-üzə gələcək. Bu görüş saat 17:00-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi B qrupunda 9 xalla sonuncu - altıncıdır. "Şəki" 12 xalla ikincidir.
Qeyd edək ki, VIII turun əvvəlki oyunlarında "Neftçi" NTD-ni (81:68), "Sərhədçi" "Naxçıvan"ı (86:65), "Sabah" "Abşeron"u (94:71), "Quba" isə "Lənkəran"ı (89:60) məğlub edib.