Azərbaycan Bolqarıstandan güclü oldu
Voleybolçu qadınlar arasında Qızıl Avropa Liqası yarışı davam edir. SportLine.az xəbər verir ki, Azərbaycan seçməsi bu gün 4-cü oyununa çıxacaq. Rəqib Bolqarıstan millisi olacaq.
İlk görüşdə 1:3 hesabı ilə uduzan komandamız, bu dəfə azarkeşləri sevindirmək niyyətindədir.
Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da başlanacaq.
30 may 2018
Voleybol, Qızıl Avropa Liqası
"A" qrupu, 4-cü tur
Azərbaycan - Bolqarıstan - 3:1 (25:20, 23:25, 25:21, 25:21)
Hakimlər: Kristian Volf (İsveçrə), Eldar Zülfüqarov (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi
Turnir cədvəli:
1-2. Azərbaycan - 9
1-2. Bolqarıstan - 9
3. Ukrayna - 6
4. Portuqaliya - 0