AFFA prezidenti "Sabah"ı təbrik etdi

AFFA-nın prezidenti Rövşən Nəcəf “Sabah”ı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Hapoel"i (Beer Şeva) 5:2 hesabı ilə üstələyərək liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Sportline.az xəbər verir ki, o, bu uğurla bağlı öz sosial şəbəkə hesablarında paylaşım edib. R.Nəcəf yazıb: 

“Sabah” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm! Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram".