Azərbaycan çempionatı başa çatıb

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulub.

Sportline.az xəbər verir ki, XVIII turun sonuncu oyununda "NTD-İndoqo" "Şəki"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 85:70.

Qeyd edək ki, turun ilk 4 görüşündə "Sabah" "Xəzri"yə 77:65, "Xırdalan" "Cəlilabad"a 90:84, "Neftçi" "Sərhədçi"yə 73:69, "Gəncə" "Sumqayıt"a 86:82 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, "Sabah" və "NTD-İndiqo" yarımfinala vəsiqə qazanıb. "Xəzri", "Xırdalan", "Neftçi" və "Sərhədçi" 1/4 finalda mübarizəyə qoşulacaq.