Azərbaycan çempionatında IV turun oyunları keçirilib
Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları baş tutub.
Bu barədə Sportline.az-a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.
Qadınların mübarizəsində "Qarabağ" "İdman Akademiyası"nı (27:26) minimal fərqlə üstələyib. "Kür" "Azəryol"dan (31:26), "Təhsil" isə "Bakı"dan (25:21) üstün olub.
Kişilərin yarışında "Azəryol" və "Təhsil" komandaları xalları yarı bölüblər - 20:20. "Kür" səfərdə "Dinamo"nu (52:41), "Qarabağ" isə "Bakı"nı (25:23) məğlub edib.