"Kür" komandası heyəti gücləndirib

Yeni mövsüm öncəsi heyətini gücləndirən “Kür” daha bir həndbolçunu sıralarına cəlb edib.

Bu barədə Sportline.az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mingəçevir təmsilçisi ötən mövsüm “Qarabağ”ın şərəfini qoruyan Leyla İbrahimova ilə bir illik anlaşıb.

Həndbolçu 66 nömrəli formanı geyinəcək.