Azərbaycan millisi məğlub oldu

Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtə Priştinada keçirilən "IHF Trophy" beynəlxalq turnirində növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, yığma ev sahibi komanda ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 34:24 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 turnirdəki ilk matçında Böyük Britaniya seçməsinə 27:32 hesabı ilə uduzmuşdu. Azərbaycan komandası noyabrın 30-dək təşkil olunacaq yarışda növbəti görüşlərini Belçika və Bolqarıstan komandalarına qarşı keçirəcək.