Azərbaycan çempionatları tarixinin bombardirlərinin siyahısı açıqlanıb

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümü ərəfəsində ölkə çempionatları tarixinin bombardirlərinin siyahısı açıqlanıb.

Sportline.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ilk “onluq”da 100 və daha çox qol vuranlar yer alıb ki, bu oyunçular da karyeralarını xeyli müddət əvvəl başa vurublar.

183 qola imza atan Nazim Əliyevin rekordu hələ də əlçatmazdır. Müşfiq Hüseynov 125 qolla ikinci, 9 top geri qalan Rövşən Əhmədov üçüncüdür.

Ötən mövsümdə Premyer Liqada çıxış edənlər arasında ən yaxşı nəticə Filip Ozobiçə məxsusdur. “Neftçi”də vurduğu qollarla hesabını 66-ya çatdıran xorvatəsilli yarımmüdafiəçi siyahıda 23-cü yerə şərikdir.

33 mövsümdə ən çox qol vuran 33 futbolçu:

1 Nazim Əliyev 183
2 Müşfiq Hüseynov 125
3 Rövşən Əhmədov 116
4-5 Qurban Qurbanov 115
  Samir Ələkbərov 115
6 Alay Bəhramov 108
7 Nadir Nəbiyev 103
8-9 Xaqani Məmmədov 102
  Vadim Vasilyev 102
10 Kənan Kərimov 101
11 Musa Qurbanov 94
12 Fazil Pərvərov 89
13 Samir Musayev 88
14-15 Fərrux İsmayılov 85
  İmamyar Süleymanov 85
16 Samir Əliyev 84
17 İsmayıl Məmmədov 76
18 İlham Məmmədov 74
19 Azər İsayev 73
20 Paşa Əliyev 72
21 Badri Kvaratsxeliya 71
22 Zaur Ramazanov 70
23-24 Filip Ozobiç 66
  Yunis Hüseynov 66
25-26 Vidadi Rzayev 65
  Mahir Əliyev 65
27 Rauf Əliyev 63
28-30 Mahmud Qurbanov 61
  Ramiz Məmmədov 61
  Georgi Adamiya 61
31 Mahir Emreli 59
32 Rəşad Abdullayev 58
33 Davit Volkov