Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək
Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru və bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Natalya Bulanova seminar keçəcək.
Bu barədə Sportline.az-a AGF-nin mətbuat xidmətindən məlumat verilib.
Dekabrın 6-7-də Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 10:00-da start götürəcək.
Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü 2025-2028-ci illər üçün yeni qaydalarla bağlı hakimlər üçün seminar təşkil edəcək.