Azərbaycan gimnastları Dünya Kuboku üçün Almaniyaya yollanıblar
Azərbaycanın idman gimnastları fevralın 23-də start götürəcək Dünya Kuboku üçün Almaniyanın Kotbus şəhərinə yollanıblar.
Sportline.az xəbər verir ki, komandanın heyətində İvan Tixoniv, Nikita Simonov, Nazənin Teymurova və Samirə Qəhramanova yer alıb.
Qeyd edək ki, yarış fevralın 26-da başa çatacaq.