Azərbaycan gimnastları Dünya kuboku üçün Portuqaliyaya yollanıblar

Azərbaycanın bədii gimnastları Portuqaliyada keçiriləcək Dünya Kuboku üçün yola düşüblər.

Federasiyadan Sportline.az-a verilən məlumata görə, 8 idmançı Portimao şəhərində təşkil olunacaq “Challenge” seriyasına aid Dünya Kubokuna qatılacaq.

Yığma üzvlərindən Zöhrə Ağamirova və Kamilla Seyidzadə fərdi, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina isə qrup hərəkətlərində çıxış edəcəklər.