Azərbaycan klublarının transferlərə xərclədikləri məbləğ bəlli olub

Azərbaycanın futbol klublarının 2020-ci ildə transferlərə xərclədikləri məbləğ açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə FIFA-nın yaydığı hesabatda bildirilib.

Klublar il ərzində futbolçular üçün 1 milyon ABŞ dolları ödəyib.

Onların gəlirləri isə 500 000 dollardan bir qədər çox olub.

Qeyd edək ki, 2020-ci ildə Braziliya, İtaliya, İngiltərə, Fransa, Niderland və Belçika klublarının transferlərdən gəliri 100 milyon dollardan çox olub.