Azərbaycan klubunda koronavirus həyəcanı
"Sabah"ın qapıçısı Saşa Stamenkoviç koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bir neçə gün öncə götürülən COVİD-19 testinin nəticəsi müsbət çıxdığından o, komanda ilə Gürcüstan toplanışına yollanmayıb.
Futbolçu hazırda ev şəraitində tam izolyasiya olub.