Azərbaycan klubunda yeni baş məşqçi

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən "Turan Tovuz" komandasına yeni baş məşqçi təyin olunub.

Sportline.az xəbər verir ki, bu barədə "Report"a klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev məlumat verib. Abdullayevin sözlərinə görə, bu vəzifə Rövşən Babayevə həvalə olunub. Babayev yeni postda İlham Yadullayevi əvəzləyib.