Azərbaycan klubunun prezidentinə ağır cəza verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda müəyyən qərarlar qəbul olunub.
Qərarlardan birində qeyd olunur ki, 29 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan "Xocalı" PFK-"VT Gəncə" matçında hər iki komandanın oyun forması eyni olduğundan görüş baş tutmadığı üçün yenidən keçiriləcək.
Bundan başqa, həmin oyunda "VT Gəncə" klubunun prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir etdiyi üçün 10 oyunluq cəzalandırılıb.