Azərbaycan kuboku: 1/32 final mərhələsi yekunlaşdı

Bu gün keçirilən 9 oyunla futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinə yekun vurulub. 

SportLine.az xəbər verir ki, ilk oyunda "Avanqard” "Çinar Cəbrayıl"a böyük hesabla qalib gəlib. 

Əvəzində növbəti görüşdə "Gənclik" "Ulduz”u çətinliklə yenib. "Gilan Construction” yenilənmiş SAB-ı mübarizədən kənarlaşdırib. 

Bu mərhələnin ən gərgin oyunu "Xəzər Astara” – "Atletiko Baku” matçı olub. Fasiləyə minimalhesablı üstünlüklə yollanan əyalət təmsilçisi ikinci hissənin əvvəlində bunu əldən versə də, sona yaxın əvvəlcə 10 metrlik zərbə ilə hesabı lehinə dəyişdirib. Qalan dəqiqələrdə daha 2 qol vuran, bir dəfə isə 10 metrlik zərbədən yararlana bilməyən "Xəzər Astara” mərhələni adlayan tərəf olub. 

Əsasən gənclərdən təşkil olunmuş "Füzuli” də mübarizəni davam etdirənlər sırasında yer almağı bacarıb. "Zəngilan” – "Bibi-Heybət” qarşılaşması da gərginliyi ilə yadda qalıb. Fasiləyə qədər qapılara qol vurulmayan qarşılaşmanın ikinci hissəsində nominal qonaqlar hesabı açsa da, təcrübəli Qədir Rüstəmov status-kvonu bərpa edib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən, komandalar hər biri 5 dəqiqədən ibarət əlavə iki hissədə mübarizə aparıb. Yekunda "Bibi-Heybət” qələbəni aktivinə yazdırıb. 

AZMİU - "Rəvan” dueli sürprizlə başlayıb. "Tələbələr” ardıcıl 2 qol vurmaqla iddialı "Rəvan”a şok yaşadıb. 12-ci dəqiqədə "Səbail"in sabiq futbolçusu Pərviz Qaraxanov penaltini qaçırsa da, komanda yoldaşları fasiləyə qədər status-kvonu bərpa edə bilib. Növbəli qol prinsipi ikinci hissədə də davam edib. 8 qol vurulsa da, qalib müəyyənləşməyib və komandalar əlavə iki hissədə gücünü sınamalı olub. Rəqibin yorğunluğundan da maksimum istifadə edən "Rəvan” 3 top fərqi ilə qalib gəlib. 

İkinci Liqanın lideri "Obolon” sürprizə imkan verməyib. 

Mərhələnin son oyunu da kifayət qədər maraqlı alınıb. Xüsusilə də "STAR karqo”nun heyətində yer alan Ramal Hüseynovu, eləcə də qardaşı Zeynalabdin Hüseynovu futbol azarkeşləri daha yaxından tanıyır. Vaxtilə milli komandanın da formasını geyinmiş R.Hüseynov indi futzal üzrə İkinci Liqada çıxış edən "STAR karqo”ya keçib. O, debütünü həm sarı vərəqə, həm də qolla qeyd edib. Oyun isə dramatik alınıb. "STAR karqo” sona 20 saniyə qalmış hesabı bərabərləşdirib və matç əlavə vaxta daşınıb. Əlavə vaxtda ardıcıl qollar vuran "Standard” oyunu qalib kimi başa vurub. 

Azərbaycan Kuboku, 1/32 final

"Çinar Cəbrayıl" – "Avanqard" - 1:14 (1:4)
Qollar: V. Baladadaşov, 03:10 - R. Novruzlu, 04:12, 08:12, 23:13,F. Fazilov, 06:28, 18:28, 19:54, 20:19, 26:53, R. Əhmədov,12:05, K. Əlixanlı, 17:06, A. Cəfərov, 26:06, Q.Nağıyev, 26:41 (ö.q), İ. İsmayıllı, 27:53, Q. Orucov, 28:17

"Ulduz" - "Gənclik" - 2:3 (0:1)
Qollar:  B. Mirzəyev, 22:27,  X. Bayramov, 27:45 (ö.q) - E. Sulxaev, 09:20, Ə. Abdullayev, 19:02, X. Bayramov, 26:23

"Gilan Construction" – SAB - 4:1 (2:0)
Qollar: Ş. Gülüşov, 02:30, M. İsmayılov, 08:29, İ. Abbasov, 17:47, E. Məmmədov, 22:34 - E. Əliyev, 20:13

"Xəzər Astara" - "Atletiko Baku" - 4:1 (1:0)
Qollar: M. Ağayev, 11:14, E. Əlizadə, 25:51, T. İmani, 26:52, Ş. Ağamətov, 27:21 - F. Hacıyev, 21:33

"Füzuli" - "Bədr FK Xocalı" - 4:1 (1:0)
Qollar: İ. Müseyibov, 10:31, 22:11, S. Xəlilov, 19:37, E. Vahidov, 27:10 - R. Dadaşov, 26:27

"Zəngilan" - "Bibi-Heybət" - 3:4 ə.v (0:0)
Qollar: Q. Rüstəmov, 24:58, 39:31 (ə.v), H. Hüseynov, 34:26 (ə.v) - F. Məmmədov, 19:38, İ. Rzabəyli, 31:16 (ə.v), 33:29 (ə.v), 37:54 (ə.v)

AZMİU - "Rəvan" - 8:12 (2:2)
Qollar: H. Mustafazadə, 04:34, 20:57, F. Əhmədov, 05:59, 29:35, S. Əlişan, 21:53, 25:41, 36:54, İ. İsmayılov, 30:51(ə.v / ö.q) - R. İsmayılov, 13:40,  21:31, 27:50, V. Hüseynov, 14:15, 27:20, 34:37, Ş. Məmmədov, 16:20, İ. İsmayılov, 31:08,  35:27, 39:20, V. Bağırzadə, 31:44 (ə.v / ö.q), A. Məmmədov, 33:24

"Metropoliten" – "Obolon" - 3:7 (1:4)
Qollar: R. Cəlilov, 01:44, 26:57, Ramin Nəzərov, 24:51 - E. Abbaszadə, 02:27, E. Tağıyev, 04:53, 14:41, 25:30,  T. Kərimov, 08:56, Z. Kərimov, 27:45, Y. Qasımov, 29:47

"Standard" - "STAR karqo" - 8:5 (2:2)
Qollar: E. Quliyev, 07:42, S. Babayev, 14:10, 37:46 (ə.v), H. Amanov, 19:49, 21:15, 28:46, 34:17 (ə.v), 36:18 (ə.v) - M. Əliyev, 11:19, 18:24, R. Hüseynov, 14:01, Z. Hüseynov, 18:56, Ə.Məmmədov, 29:40

Beləliklə, 1/16 finalda bu komandalar mübarizə aparacaqlar: "Green Log”, "Advokat”, "Borçalı”, ADBTİA, "Baku Fire”, "Dalğa”, "Təbriz”, "Mübariz”, "Hövsan”, "Avanqard”, "Gənclik”, "Gilan Construction”, "Xəzər Astara”, "Füzuli”, "Bibi-Heybət”, "Rəvan”, "Obolon”, "Standard”. Püşkatmanın tarixi barədə əlavə məlumat veriləcək.

Azərbaycan Futzal Federasiyasının məlumatı