"İmişli"nin futbolçusu zədələndi
"İmişli"nin futbolçusu Yau Mozes Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri ilk matçda zədələnib.
Sportline.az xəbər verir ki, futbolçu matçın 39-cu dəqiqəsində əzələsini dartıb və oyunu yarımçıq tərk etməli olub. Onu Vüsal Qənbərov əvəzləyib.
Qeyd edək ki, matç hazırda davam edir və qapılara qol vurulmayıb.