“Sabah"dan qələbə, "Araz-Naxçıvan" - "İmişli" matçında heç-heçə

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu davam edir. 

Sportline.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə “Araz-Naxçıvan” Qəbələdə “İmişli”ni qəbul edib. Matç qolsuz bərabərliklə yekunlaşıb. Bu, Cavid Hüseynovun Naxçıvan klubunun baş məşqçisi kimi debüt oyunu olub. Eyni zamanda daha əvvəl “İmişli”ni I Liqada çalışdırmış Fərid Namazov da baş məşqçi kimi Premyer Liqada debüt edib.  

Günün digər matçında isə son çempion “Sabah” doğma divarlar arasında “Kəpəz”i sınağa çəkib. Oyun paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dünən start verilən ilk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.

Misli Premyer Liqası

I tur

15 avqust 

20:45. “Sabah” - “Kəpəz” - 2:0

Qol: Coy Lens Mikels, 71-pen; Ksander Severina, 90+1
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
“Bank Respublika Arena”

18:30. “Araz-Naxçıvan” - “İmişli” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Qəbələ şəhər stadionu 

16 avqust

19:00. “Sumqayıt” - “Neftçi”

21:00. “Zirə” - “Şəfa”

17 avqust

19:30. “Qarabağ” - “Şamaxı”

15 avqust

“Turan Tovuz” - “Qəbələ” - 1:0