Azərbaycan kubokunda yeni ad

Futzal üzrə “Hicran” FK qış fasiləsindən sonra yeni adla çıxış edəcək. SportLine.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, ölkə çempionatının İkinci Liqasında mübarizə aparan klubun rəhbərliyi komandanı “Mübariz” FK adlandırmaq haqda qərar qəbul edib.

Ad dəyişikliyi ilə bağlı Azərbaycan Futzal Federasiyasına məlumat verilib.

Bu komanda yeni adla ilk sınağını Azərbaycan kubokunun 1/32 final mərhələsində verəcək. “Mübariz” yanvarın 12-də “Sovetski” ilə qarşılaşacaq.