Mahir Emreli qol ötürməsi verdi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa çempionatında növbəti məğlubiyyətini alıb.

Sportline.az xəbər verir ki, Çenstoxova təmsilçisi 4-cü turda səfərdə “Krakoviya” ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

“Rakuv”un yeganə qolunu 31-ci dəqiqədə Makuç vurub. Qol ötürməsini M.Emreli verib.

"Rakuv” keçirdiyi 3 oyunun hamısında məğlub olub. Xalı olmayan komanda turnir cədvəlində sonuncu - 18-ci pillədə qərarlaşıb.