Rüfətin komandası finala gedən yolda büdrədi
İsrail Toto Kubokunda pley-off mərhələsinin oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin çıxış etdiyi "Kiryat Şimona" komandası öz meydanında "Hapoel Təl-Əviv"i qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb və onlar finala yüksəliblər.
16 avqust
"Kiryat Şimona" - "Hapoel Təl-Əviv" - 1:2
Qollar: A.Uqarriza, 6 - D.Dappa, 90+7, 90+9
Rüfət Abdullazadə matça start heyətində başlayıb və sona qədər meydanda olub.
Qeyd edək ki, "Hapoel Təl-Əviv" finalda "Makkabi Tel-Əviv"lə qarşılaşacaq