Azərbaycan millisi Çexiyaya belə uduzdu
Avstriyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.
Qol.az-ın xəbər verir ki, Yaşar Vahabzadənin komandası çexiyalı həmyaşıdları ilə üz-üzə gəlib. Görüş seçməmizin məğlubiyyəti ilə yekunlaşıb:
Azərbaycan U-21 - Çexiya U-21 - 0:5
Qeyd edək ki, futbolçularımız Avstriyada daha bir yoxlama görüşündə qüvvələrini sınayacaqlar.