Azərbaycan millisi Farer adaları ilə qarşılaşacaq

17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının 2019/2020-ci mövsümünün seçmə mərhələsindəki rəqibləri məlum olub. 

SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, U-17 5-ci qrupda Norveç, Sloveniya və Farer adaları ilə mübarizə aparacaq.

Oyunların təqvimi belədir:

17 oktyabr

Azərbaycan - Sloveniya

20 oktyabr

Norveç - Azərbaycan

23 oktyabr

Azərbaycan - Farer adaları

Qeyd edək ki, bu qrupun oyunları Farer adalarında keçiriləcək.