Azərbaycan millisi FİFA reytinqində irəlilədi

FİFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə 1 pillə irəliləyən Azərbaycan millisi 116-cı pillədə qərarlaşıb. Seçməmizin aktivində 296 xal var.

Siyahıya yenə Belçika millisi başçılıq edir. İlk "10-luq" isə belədir:

1 (1). Belçika – 1494
2 (2). Argentina – 1455
3 (3). İspaniya - 1370
4 (4). Almaniya – 1347
5 (5). Çili – 1269
6 (6). Braziliya – 1251
7 (7). Portuqaliya – 1219
8 (8). Kolumbiya – 1211
9 (9). İngiltərə - 1106
10 (10). Avstriya - 1091

Dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer alan komandaların mövqeyi isə belədir:

4 (4). Almaniya – 1347
26 (26). Çexiya - 860
30 (30). Şimali İrlandiya - 825
54 (54). Norveç - 591
198 (196). San-Marino - 28

Qeyd edək ki, hesabında 933 xalı olan Türkiyə millisi 21-ci, 895 xala sahib Rusiya seçməsi isə 24-cüdür.