Azərbaycan millisi Portuqaliyanı yenə üstələdi

Qadın voleybolçular arasında Qızıl Avropa Liqası davam edir. SportLine.az xəbər verir ki, bu gün seçməmiz yarışda 5-ci oyununa çıxacaq. Rəqib Portuqaliya millisi olacaq.

İlk görüşdə rəqibini məğlub edən Azərbaycan voleybolçuları, səfərdə də uğurlu nəticəyə ümid edirlər.


02 iyun 2018
Qızıl Avropa Liqası
"A" qrupu V tur

Portuqaliya - Azərbaycan - 1:3 (20:25; 28:26; 11:25; 15:25)
Hakimlər: Xose Luis Arrarte Mira (İspaniya), Pedro Pinto Lopes (Portuqaliya)

Turnir cədvəli:

1. Azərbaycan - 12
2. Bolqarıstan - 12
3. Ukrayna - 6
4. Portuqaliya - 0